23 C
Baku
19 İyul 2025, 3:26
Dünya

Almaniya Ukraynada uşaqların təhsili və sosial müdafiəsi üçün 35 milyon avro ayırıb

Xarici Xəbərlər. 

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Ukraynanın qərb və mərkəzi regionlarında uşaqların təhsil və sağlamlıq ehtiyacları üçün Ukraynaya 35 milyon avro ayırıb.

Bu barədə Almaniya səfirliyinin “Twitter”inə istinadən xəbər verilib: “Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi dövlət inkişaf bankı ilə əməkdaşlıq edərək, UNICEF Ukrayna ilə tərəfdaşlığa 35 milyon avro ayırıb”.

Xatırladaq ki, əlavə olaraq Ukrayna Almaniyadan 26 ədəd Rheinmetall HX 8×8 hərbi yük maşını da  alacaq.

Bundan əlavə, Almaniya ABŞ-ın Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemini təhvil verməsindən sonra Ukraynaya növbəti silah tədarükü məsələlərini həll edəcəyini vəd edib.

Mənbə:  rbc.ua

Aynur Camal

Oxşar xəbərlər

“Vulkan” həyəcanı: 2500 ailə evakuasiya ediləcək

Nigar Məmmədova

Uşaq bağçasına hücum olundu, 4 nəfər öldü

Aynur Camal

Dünya min il daha təhlükəsizdir – ALİMLƏR AÇIQLAMA VERDİ

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu