Almaniya və Finlandiya Baltik dənizində məlumat kabellərinin təxribatına dair şübhələrdən sonra birgə bəyanatla çıxış ediblər. İki ölkəni birləşdirən sualtı telekommunikasiya kabelinin kəsilməsi ilə bağlı verilən açıqlamada “hibrid müharibə” xəbərdarlığı edilib.
Finlandiya ilə Almaniya arasında təxminən 1200 km uzunluğunda olan C-Lion1 məlumat kabelinin bazar ertəsi səhər tezdən kəsildiyi açıqlandı.
Məlumat xəttinin Finlandiya operatoru Cinia Oy tərəfindən edilən açıqlamada Helsinki-Rostok xəttində fiber optik əlaqə kabelinin tamamilə qırılmış ola biləcəyi açıqlandı.
Bağlantının kəsilməsi ilə saniyədə 144 terabit məlumat daşıyan xəttdən istifadə edən bütün xidmətlər sıradan çıxdı.
Cinia Oy şirkətinin baş direktoru Ari-Jussi Knaapila problemin səbəbinin tam aydınlaşdırılmadığını və insidentlə bağlı araşdırmalarının davam etdiyini açıqlayıb. “Deyə biləcəyimiz odur ki, belə bir zərər xarici amil olmadan mümkün deyil” Knaapila deyib.
Şirkətdən verilən açıqlamada bölgəyə təmir maşınının gedəcəyi bildirilib, lakin adətən 5 ilə 15 gün davam edən sualtı təmir prosesinin nə qədər vaxt aparacağı dəqiq bilinmir.
Finlandiya və Almaniyanın xarici işlər nazirləri birgə bəyanat yayaraq, iki ölkəni birləşdirən sualtı kabelin kəsilməsinin dərin narahatlıq yaratdığını bildiriblər.
“Hibrid müharibə”nin vurğulandığı birgə bəyanatda deyilir: “Belə bir inkişafın dərhal qəsdən ziyan vurduğuna dair şübhələri artırması, dövrümüzün nə qədər kövrək olduğunu ortaya qoyur. Hərtərəfli araşdırma aparılır. Avropanın təhlükəsizliyini təkcə Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi deyil, həm də bədxahların hibrid müharibə üsulları təhdid edir. “Birgə kritik infrastrukturumuzu qorumaq bizim təhlükəsizliyimiz və cəmiyyətlərimizin davamlılığı üçün həyati əhəmiyyət kəsb edir”.
Bu gün həmçinin Litva və İsveç arasında telekommunikasiya kabelinin zədələndiyi barədə bəyanat dərc edilib. Telia Lithuania telekommunikasiya şirkəti tərəfindən edilən açıqlamaya görə, bazar günü səhər saat 10:00 etibarilə fiziki ziyan səbəbiylə məlumat axınında fasilə başlayıb. Telia Litva rəsmiləri xəttin ölkənin internet tutumunun üçdə birini daşıdığını açıqladı. Xətti idarə edən İsveçdə yerləşən telekommunikasiya şirkəti Arelion, şirkətin hadisə ilə bağlı İsveç ordusu və mülki orqanları ilə əlaqə saxladığını açıqladı. Şirkət rəsmiləri qeyd ediblər ki, kabel yaxın bir neçə həftə ərzində hava şəraitindən asılı olaraq təmir olunacaq.
Hadisələrin ardınca ABŞ mətbuatı bu hadisələrin ABŞ-ın Rusiyanın sualtı kabellər yaxınlığında hərbi fəaliyyətlərinin artdığı və Rusiyanın qlobal kommunikasiya infrastrukturunu hədəfə ala biləcəyi ilə bağlı açıqlamalarından bir neçə həftə sonraya təsadüf etdiyinə diqqət çəkib.
Mənbə: Hurriyet.Tr