Image default
Baş xəbərSiyasət

Almaniyada dövlət çevrilişi planlaşdırmaqda ittiham olunan “İmperator vətəndaşları”na qarşı reydlər keçirilib

Bugun.tv xəbər verir ki, Almaniyada çevriliş planlaşdırdığı iddia edilən “İmperator Vətəndaşları”na (Reyxsbürger) qarşı təşkil edilən basqınlarda bəzi şübhəlilərin saxlanıldığı bildirilib.

Almaniyada dövlət çevrilişi planlaşdırmaqda ittiham olunan “İmperator vətəndaşları”na qarşı reydlər keçirilib. Alman Xəbər Agentliyinin (DPA) xəbərinə görə, Münhen Baş Prokurorluğu Volfratshauzendə həbs edilən şübhəlinin Federal Səhiyyə Naziri Karl Lauterbaxı qaçırmaq məqsədilə Xorvatiyadan odlu silah almağı planlaşdırdığını etiraf etdiyini açıqlayıb. Bildirilib ki, bir çox ştatlarda keçirilən reydlər zamanı şübhəlilərin qaldığı ev və mənzillərdə axtarış aparılıb və şübhəlilər nəzarətə götürülüb.

2022-ci ilin dekabrında keçirilən əməliyyat zamanı ələ keçirilən və hələ də həbsdə olan “İmperator Vətəndaşları” üzvlərinin terror təşkilatı üzvü olmaq ittihamı ilə mühakimə olunacağı açıqlanıb.

Daxili kəşfiyyat hesabatına görə, özünü “Alman İmperiyasının (Reyxsbürger) vətəndaşları” hesab edənlərin sayı 23 min civarındadır. 2100 üzvü zorakılıq tətbiq etməyə hazır olan qrup Almaniyanı legitim dövlət kimi tanımır.Üzvlərin bəziləri monarxiya altında Almaniya imperiyası ideyasına sadiqdirlər, bəziləri isə nasist tərəfdarıdır. Bəzi üzvlər hesab edir ki, Almaniya hələ də hərbi işğal altındadır.

Mənbə:TRT Haber

Bugün TV

Oxşar xəbərlər

E.Dərziyeva: “Xeyirxahlığı ilə ömür qazanan insan – əqrəbam Selahattin Turanın əziz xatirəsinə”

Elnarə Dərziyeva

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Aynur Camal

Rusiya Odessaya raket zərbəsi endirdi: 3 nəfər həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu