Baş xəbərDünya

Almaniyada məktəblərdə sağçı insidentlərin sayı artıb

Bugun.tv xəbər verir ki, Almaniyanın şərqindəki Türingiya, Meklenburq-Ön Pommern və Brandenburq əyalətlərində məktəblərdə ifrat sağçı insidentlərin artdığı bildirilir.

Təkcə Brandenburq əyalətindəki məktəblərdə Hitler salamı vermək, kitablara svastika çəkmək, irqçi təhdidlər kimi hadisələrin sayının 100-ə çatdığı bildirilib. Türingiyada 91, Meklenburq-Ön Pommern bölgəsində isə 48 ifrat sağçının qeydə alındığı vurğulanıb.

Qeyd olunub ki, ötən tədris ilində məktəblərdə ifrat sağçı insidentlər Brandenburqda 60, Türingiyada isə 30 olub, Meklenburq-Ön Pomeraniyada isə çox aşağı göstərici müşahidə olunub.

Qeyd olunub ki, bəzi başqa ştatlar bu məsələ ilə bağlı statistika aparmır, yalnız polisin hesabatlarına əsaslanırlar.

Təhsil naziri Bettina Stark-Watzinger qəzetinə açıqlamasında, “Brandenburq əyalətindəki məktəblərdə baş verənlər həyəcan təbili çalır. Azadlıq, demokratiya, tolerantlıq və plüralizm cəmiyyətimizin, o cümlədən məktəblərin əsas dəyərləridir. Onlar hər yerdə müdafiə olunmalıdır. Hər kəs buna töhfə verməlidir”, – deyib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qəzzada humanitar vəziyyət ağırlaşır: beynəlxalq yardım və diplomatik səylər davam edir

Aynur Camal

Oman Hörmüz boğazı ilə bağlı İrana yeni plan təqdim etdi

Aynur Camal

Deputat Sevinc Hüseynova Gədəbəydə vətəndaş qəbulu keçirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu