25 C
Baku
27 İyul 2024, 7:29
Digər

Almaniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

Bugun.tv xəbər verir ki, girişdə səfir Lambsdorff jurnalistlərin suallarına cavab verməyib. Bir müddət sonra açıqlama etmədən nazirliyi tərk edib.

Russia Today (RT) kanalının baş redaktoru Marqarita Simonyan alman zabitlərinin 30 dəqiqəlik audio yazısını dərc edib.

Səs yazısında Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli üzvləri siyasi bir qərar olduğu halda “Taurus” raketlərinin necə göndərilə biləcəyini və Almaniyanın kəşfiyyatı və texniki dəstəyi olmadan Ukrayna tərəfindən istifadə oluna biləcəyini müzakirə edirdilər.

Səsyazmada “Taurus” raketlərinin Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krım yarımadasında tikilmiş Krım körpüsünü texniki cəhətdən məhv edə biləcəyi ilə bağlı müzakirələr də yer alıb.

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Berlindən səs yazısındakı danışıqlarla bağlı izahat istəyib. Rusiya xarici işlər naziri Sergey Lavrov bir tərəfdən bu vəziyyəti “təəccüblü” kimi qiymətləndirib. Digər tərəfdən “NATO-dakı həmkarlarının bilərəkdən yalan danışdığını” bəyan edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də səs yazılarına əsaslanaraq Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığını iddia edib.

Mənbə trthaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Meşə sahələrinə giriş qadağan edildi

İntizar Əmirova

Dünyanın ən gözəl qadınının adı açıqlandı

İntizar Əmirova

Könüllülərə vinq çun döyüş sənətinin xüsusiyyətləri barədə məlumat verilib

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu