21 C
Baku
15 Mart 2025, 14:09
Baş xəbərDünya

Americano indi Canadiano adlanacaq

Donald Trampın Kanada ilə bağlı açıqlamalarına reaksiya verən Kanada qəhvəxanaları Americano-nun adını Canadaniano olaraq dəyişdirməyə başlayıb. ABŞ seçkilərindən sonra beynəlxalq münasibətlərdə daşqın…

Müharibələri bitirmək, ABŞ əsgərlərini ölkəyə geri çağırmaq, sülh və əmin-amanlığı təmin etmək vədləri ilə geri dönən ABŞ prezidenti Donald Tramp verdiyi qərarlarla bütün tarazlıqları pozub.

Ukrayna-Rusiya müharibəsində əvvəlki administrasiyaya tamamilə əks mövqe tutan, Panama kanalına hərbi müdaxiləni gündəmə gətirən, Qrenlandiyanı ələ keçirməyi hədəfləyən Tramp böyük xaosa səbəb oldu. Vergiləri artırmaq üçün atdığı addımlar iqtisadiyyatı sarsıtarkən, o, Kanadaya vergidən azad edilən 51-ci əyalət olmaq təklifi ilə çıxış etdi.

Bu kontekstdə gərginlik artır. Kanadada Trampa nifrət günü-gündən artır.

Trampın Kanada ilə bağlı açıqlamalarına reaksiya verən kanadalılar reaksiyalarını müxtəlif formalarda ifadə edərkən, qəhvəxana menyularında Americano adını Canadiano olaraq dəyişməyə başlayıblar.

Kanadanın Toronto şəhərindəki bir qəhvəxana menyuda Americano işarəsinin yanında “Canadiano” sözünü və 51-ci ştatı rədd edən simvolu asıb.

ABŞ-a qarşı reaksiyalara ABŞ-a səyahət planlarının ləğvi daxildir.

The Canadian Press (CP) xəbər verir ki, kanadalılar ABŞ-ın yeni tariflərinin iqtisadi təsirləri səbəbindən tətil planlarını dəyişməyə və səyahətlərini yenidən nəzərdən keçirməyə meyllidirlər.

Trampın dövründə elan edilən yeni tariflər Kanadada geniş vətənpərvərlik hisslərinə səbəb olub. Bəzi kanadalılar Avropa və Karib dənizindəki alternativ istiqamətlərə diqqət yetirərək daha sərfəli seçimlər axtarırlar.

Aparıcı turizm agentliklərindən biri olan Flight Center Travel Group Canada tərəfindən paylaşılan məlumatlara görə, 2024-cü ilin eyni ayı ilə müqayisədə fevral ayında ABŞ-a rezervasiyalarda 40 faiz azalma olub.

Bundan əlavə, son 3 ayda hər 5 kanadalı səyahətçidən ən azı 1-i ABŞ üçün planlarını ləğv edib.

Torontoda yerləşən sığorta şirkəti Travel Secure Inc-in prezidenti Martin Firestone verdiyi açıqlamada, burada Tramp əleyhinə əhval-ruhiyyənin həqiqətən böyük rol oynadığını, insanların “Mən ABŞ-a getmirəm, bizə etdiklərinə görə ora getməyə hazırlaşmıram” deyərək deyib.

TRAMPIN YENİ GÖMRÜK TARİFLƏRİ

Fevralın 1-də ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumunun tətbiqi haqqında fərman imzalayıb. Kanadadan idxal edilən enerji resurslarına 10 faiz daha aşağı tarif tətbiq edilərkən, bu tariflərin fevralın 4-dən qüvvəyə minəcəyi bildirilirdi.

Fevralın 3-də Tramp Kanada və Meksikanın sərhəd təhlükəsizliyini artırmaq üçün gördüyü tədbirlərə cavab olaraq tariflərin tətbiqini 1 ay müddətinə dayandırıb.

Sözügedən müddətin bitməsi ilə ABŞ-ın Kanada və Meksikadan idxal etdiyi mallara tətbiq etdiyi 25 faizlik gömrük rüsumları dünəndən qüvvəyə minib.

Bunun üzərinə Kanadanın Baş naziri Castin Trudeau ABŞ-ın Kanadaya qarşı ticarət müharibəsi başlatdığını bildirərək, Kanadanın ABŞ-dan idxal edilən 155 milyard dollarlıq idxala eyni dərəcədə əlavə gömrük rüsumları əlavə edərək cavab verəcəyini açıqladı.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə səhiyyə dostluq qrupunun rəhbəri ilə görüş keçirilib

Aynur Camal

Ağaca çırpılan avtomobil ikiyə bölündü – FOTO

Nigar Məmmədova

Qaçaqmalçılıq əməliyyatı: 16 nəzarətə alındı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu