25 C
Baku
27 İyul 2024, 4:09
Texnologiya

Amerikanın Nova-C modulu Ayın orbitinə daxil oldu

Bugun.tv xəbər verir ki, Nova-C eniş aparatı Ayın orbitinə daxil olub. Bu barədə Amerikanın Intuitive Machines şirkəti məlumat yayıb.

Manevrləri tamamladıqdan sonra kosmik gəmi 92 kilometr yüksəklikdə Ayın orbitində olub. Hazırda Nova-C Yerin təbii peykinin səthinin bir neçə şəklini alıb. Nova-C-nin Aya yumşaq enişi fevralın 23-də planlaşdırılıb.

Şirkət daha əvvəl bildirmişdi ki, Nova-C modulu Ay orbitinə çıxmazdan əvvəl planlaşdırılan üç trayektoriya korreksiyasından ikincisini həyata keçirib.

Intuitive Machines-in Nova-C modulu ilə təchiz edilmiş Falcon 9 raketi fevralın 15-də Florida ştatındakı Kennedi Kosmik Mərkəzindəki Launch Complex 39A-dan buraxılıb.

IM-1 missiyası çərçivəsində modul Ayın cənub qütbündən 300 kilometr aralıda yumşaq eniş etməlidir. Orada iki həftəyə qədər işləməlidir.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

BDU-nun iki komandası “TEKNOFEST-2023″ün qalibi oldu

Teymur Əziz

 WhatsAppla çox danışmaq üçün əla xüsusiyyət!

Teymur Əziz

Apple 2022-ci ildə iPhone istehsalını dəyişməyəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu