Digər

Amsterdam ət və fosil yanacaq reklamlarını qadağan edən ilk paytaxt oldu

Amsterdam şəhərində mayın 1-dən etibarən ət məhsulları və fosil yanacaqla əlaqəli mal və xidmətlərin açıq məkanlarda reklamı qadağan olunub. Yeni qaydalara əsasən, reklam lövhələrindən, tramvay dayanacaqlarından və metro stansiyalarından burger, benzinlə işləyən avtomobil və aviareys reklamları yığışdırılıb. Onların yerini isə əsasən mədəniyyət və ictimai tədbirlərlə bağlı elanlar tutub. Bu addım Amsterdamı belə bir qadağanı tətbiq edən ilk dünya paytaxtı edib.

Şəhər rəhbərliyi bildirir ki, qərar 2050-ci ilə qədər karbon neytral olmaq və yerli əhalinin ət istehlakını yarıya endirmək strategiyasına uyğundur. Şəhər şurasında təşəbbüsü dəstəkləyən siyasətçilər qeyd edirlər ki, iqlim siyasətini müdafiə edən bələdiyyənin eyni zamanda bu siyasətə zidd məhsullara reklam sahəsi satması ziddiyyət yaradır.

Məlumata görə, ət reklamlarının Amsterdamın açıq hava reklam bazarındakı payı cəmi 0,1 faiz, fosil yanacaqla bağlı reklamların payı isə təxminən 4 faiz təşkil edirdi. Buna baxmayaraq, qərar müxtəlif sektorlarda müzakirələrə səbəb olub. Hollanda Et Birliyi bunu istehlakçı davranışına arzuolunmaz müdaxilə kimi qiymətləndirib, turizm sektoru isə uçuş və tətil reklamlarına qoyulan məhdudiyyəti kommersiya azadlığına təsir kimi dəyərləndirib.

Ekspertlər hesab edirlər ki, ictimai məkanlarda reklam məzmununun dəyişdirilməsi uzunmüddətli perspektivdə sosial davranış normalarına da təsir göstərə bilər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu