24 C
Baku
22 Sentyabr 2026, 12:19
Digər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Rəqəmsal musiqi platforması Spotify istifadəçilərin platformadakı məzmunun mənşəyini daha aydın şəkildə müəyyən edə bilməsi üçün yeni sistem üzərində işləyir. BBC-nin məlumatına görə, şirkət “təsdiqlənmiş” işarə (checkmark) tətbiq edərək ifaçıların real insan olub-olmadığını göstərməyi planlaşdırır.

Yeni sistemə əsasən, müəyyən meyarlara cavab verən sənətçilərin adlarının yanında “Spotify tərəfindən təsdiqlənmiş” qeyd və yaşıl işarə görünəcək. Bu addım xüsusilə süni intellekt vasitəsilə yaradılan musiqi məzmununun artdığı bir dövrdə istifadəçilərin daha şəffaf seçim etməsinə imkan yaradacaq.

Platforma bildirib ki, təsdiqləmə prosesi zamanı sənətçilərin sosial media fəaliyyəti, dinləyicilərlə qarşılıqlı əlaqəsi, musiqi satışları və konsert fəaliyyətləri kimi amillər nəzərə alınacaq. Şirkətin açıqlamasına görə, aktiv şəkildə axtarılan sənətçilərin 99%-dən çoxunun bu sistemlə təsdiqlənməsi gözlənilir.

Eyni zamanda qeyd olunur ki, Spotify bu prosesdə musiqi mədəniyyəti və tarixə töhfə verən məzmunlara üstünlük verəcək. Yeni funksiyanın yaxın həftələrdə istifadəyə verilməsi planlaşdırılır.

Ekspertlər hesab edirlər ki, bu addım süni intellektlə yaradılan məzmunun sürətlə artdığı musiqi sənayesində şəffaflığın artırılması baxımından mühüm rol oynayacaq.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu