Dünya

Ana və qızını öldürən qatil Almaniyada tutuldu

Bodrumda ana və qızı meşədə öldürən qətl şübhəlisi Praqa-Münhen avtobusunda yaxalanıb.

2023-cü ilin noyabrında Muğlanın Bodrum rayonunda tapança ilə vurularaq öldürülmüş ana və qızın qatili Almaniyada tutulub. Almaniya Federal Polisi qətl şübhəlisinin Praqadan Münhenə gedən avtobusda sərhəd nəzarəti zamanı yaxalandığını açıqlayıb.

Həbs edilən şəxs məhkəməyə çıxarılacaq.

Almaniya Federal Polisinin verdiyi məlumata görə, 47 yaşlı şəxs 2023-cü ilin noyabrında Türkiyədə iki nəfərin qətlinə görə məsuliyyət daşıyır.

Sonradan məlum olub ki, qaçaq olduğu bildirilən şəxs Litva vətəndaşıdır. Nürnberqdə keçiriləcək məhkəmədən sonra qətl şübhəlisi ilə bağlı qərar veriləcək.

2023-cü ilin noyabrında Muğlanın Bodrum rayonunda meşəlik ərazidə bir rus ana və onun 14 yaşlı qızı tapança ilə öldürülmüş halda tapılmışdı. Polis ikiqat qətldə əsas şübhəli kimi qurbanın keçmiş əri olan litvalı kişini axtarırdı.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ İran üzərində tezliklə qələbə qazanacaq

Aynur Camal

Mərakeşdə seçkiyə günlər qalmış hakim koalisiya daxilində qarşıdurma artır

Aynur Camal

Panama kanalı su çatışmazlığı səbəbindən gəmilərin keçidini məhdudlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu