15 C
Baku
29 Mart 2024, 14:34
DünyaKriminal

Ana və uşaqlarını 60 bıçaq zərbəsi ilə qətlə yetirdi

Bugun.tv xəbər verir ki, Fransada türkiyəli gənc ana və iki uşağı evlərində bıçaqlanaraq öldürülüb. Qadının bir neçə gün əvvəl şikayət etdiyi kar və nitq qüsurlu keçmiş həyat yoldaşı qətl törətməkdə ittiham edilərək nəzarətə götürülüb. Onun 37 yaşlı Çağla Dəreli və uşaqları Selinay (13) və Atanı (1,5) 60 bıçaq zərbəsi ilə öldürüldüyü öyrənilib.

Hadisə Fransanın Dreux şəhərində baş verib. Bu aildən xəbər ala bilməyən qohumu çilingərin köməyi ilə evə daxil olub. Gənc qadını və uşaqlarını qan içində tapan şəxs dərhal polisə xəbər verib.

Hadisə yerinə gələn polis və sağlamlıq qrupları Dərelinin bədənində 40, uşaqların bədənində isə 10 bıçaq yarası olduğunu müəyyən edib.

Qatil şübhəlisi qadının keçmiş həyat yoldaşı kar və nitq qüsuru olan Y.K., Yvelinesin Plaisir qəsəbəsində mobil telefon almaq üçün bankomatdan pul çıxararkən tutulub.

Qeyd edək ki, Selinayın atası həyat yoldaşına və qızına şiddət göstərdiyi üçün hələ iki il öncə həbs cəzasına məhkum edilərək cəzalandırılıb.

Çağla Dərəlinin hadisədən bir neçə gün əvvəl şübhəlinin evə gəldiyindən şikayət edib. O, keçmiş həyat yoldaşının avtomobilinə GPS izləmə cihazı yerləşdirdiyindən şübhələndiyini bildirib. Eyni zamanda qızıl-zinət əşyalarının oğurlanması barədəpolisə məlumat veribmiş.

Mənbə: Ensonhaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Avropanın şimalında 40 dərəcəlik şaxtalar hökm sürür

İntizar Əmirova

Rusiyanın Krasnı Limanın qaytarılması üçün əməliyyata başladığı məlum oldu

Aynur Camal

NASA-nın yeni missiyası

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu