15 C
Baku
27 Aprel 2026, 18:10
DünyaHadisə

Qasırğa səbəbindən minlərlə insan təxliyə edilib

Bugun.tv xəbər verir ki, Filippində təsirli olacağı gözlənilən Mavar qasırğası səbəbindən ölkənin şimalında minlərlə kənd sakini təxliyə edilib, rəsmi qurumlar və məktəblər bağlanıb.

Ölkənin şimal-şərqindəki Batanes vilayətinin qubernator müavini İqnasio Villa  açıqlama verib. O, sel və torpaq sürüşməsi təhlükəsi səbəbiylə kəndlərdən 4800 nəfərin təxliyə edildiyini bildirib.

Regiondakı rəsmi qurumların və məktəblərin də tədbir olaraq bağlandığını bildirən Villa, təxliyyə ediləcək insanların sayının arta biləcəyini vurğuıayıb. O, açıq dənizdə səyahət etməyin təhlükəli ola biləcəyinə də diqqət çəkib.

Səlahiyyətlilər öz açıqlamalarında hərbi hissələrin, polisin, yanğınsöndürənlərin və könüllü dəstələrin axtarış-xilasetmə əməliyyatlarına hazır olduqlarını deyiblər. Ehtiyat tədbiri olaraq bir milyondan çox yemək hazırlandığı bildirilib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu