16 C
Baku
28 Mart 2024, 16:08
Digər

ANAMA:Ərazilərin minalardan təmizlənmə işləri davam edir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Əldə olunan şanlı qə­ləbədən sonra ən mühüm vəzifə həmin ərazilərdə minadan təmizlənmə işlərinin aparılmasıdır. Ermənistanın mina xəritələrini verməməsi prosesi çətinləşdirirdi. ANAMA bu il də minlələrlə hektar ərazini minalardan təmziləyib.

İşğaldan azad edilən ərazilərdə ANAMA  tərəfindən 2020-ci ildən bu günə qədər 27 min hektar ərazi təmizlənib. 44 min 100 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.Tapıntıların təxminən 52%-i tank və piyada əleyhinə minalardan ibarət olub.

Mövzu ilə bağlı ANAMA  əməliyyat İdarəsinin rəisi İdris İsmayılov Bugun.tv-yə açıqlamasında bildirdi ki, hazırda böyük lahiyələr üzrə işlər aparılır.

ANAMA rəsmisi onu da qeyd etdi ki, Füzuli,Zəngilan və Ağbənd avtomobil yolu, həmçinin dəmir yolu, o cümlədən Füzuli, Şuşa avtomobil yolu, həm Zəfər yolu digər 6 zolaqdan ibarət yolun təmizlənməsi işləri görülür. Digər tərəfdən Talış istiqamətində olan avtomobil yolu, Çaylı və Suqovuşan avtomobil yolu, Bərdə və  Ağdam dəmir yolu, həmçinin avtomobil yolu da ANAMA tərəfindən təmizlənib.

Böyük Qayıdış” planına uyğun olar­aq, həmin ərazil­ərdə yeni yaşayış məntəqələrinin salınma­sı, infrastrukturun bərpası, yolların çə­kilişi, məktəb, xəstəxana tikintisi sürə­tlə davam edir. Cari ildə təxminən 8 min hektardan yuxarı ərazi məhz yaşayış məntəqələri üzrə mina və partlamamış sursatlardan təmizlənib və aidiyyəti üzrə ərazidə tikinti və bərpa yenidənqurma işlərinə cəlb olunan qurumlar və təşkilatlara təhvil verilib. Növbəti illərdə Füzuli, Cəbrayıl və digər ərazilərdə də yaşayış infrastruktur üzrə təmizlənmiş ərazilərdən əlavə olaraq ərazilər təmizlənəcək və böyük qayıdışa agentlik tərəfindən böyük töhvə veriləcək.

Cari il ərzində 278 mina partlama hadisəsi baş verib. Nəticədə 233 nəfər bədən xəsarəti alııb, 45-i isə həlak olub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 80 sürücü müəyyən edildi

Kəmalə Sultan

Luis Enrike “Napoli”yə rəhbərlik etməyə razılıq verəcəkmi?-AÇIQLAMA

Nigar Məmmədova

AB fon der Leyenin səhvindən sonra tarixi yenidən yazmaqda ittiham olundu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu