12 C
Baku
25 Aprel 2025, 6:04
DünyaSiyasət

“Ankara Ukraynadakı münaqişənin tezliklə dayandırılmasının tərəfdarıdır”

Ankara Ukraynadakı münaqişənin tezliklə dayandırılması üçün səylər göstərir və danışıqları davam etdirir.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fikir bildirib.

“Bizim balanslaşdırılmış siyasətimiz, Ukraynada müharibənin eskalasiyasının qarşısını almağa və onun ölkəmizə sıçramamasına imkan verib. Üstəlik, atdığımız əlavə addımlar sayəsində biz çoxsaylı insan həyatını xilas etdik. Biz qan tökülməsini dayandırmaq və Rusiya ilə Ukrayna arasında münaqişəni həll etmək üçün danışıqları davam etdiririk”, – o, bildirib.

Türkiyə lideri daha əvvəl demişdi ki, onun Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə müntəzəm ünsiyyəti münaqişənin həllini asanlaşdıra bilər. Ərdoğanın sözlərinə görə, praktiki olaraq hər həftə onlarla danışır.

Türkiyə hakimiyyəti dəfələrlə bildirib ki, münaqişənin həlli üçün Rusiya və Ukrayna liderləri arasında görüş üçün yer təklif etməyə hazırdırlar.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Şimali Koreya Yapon dənizinə çoxsaylı ballistik raketlər atıb

Aynur Camal

Üsyançıların hücumu nəticəsində 8 BMT əsgəri yaralandı

Kəmalə Sultan

Dövlət başçısı: “Ərazilərimizdə separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu