Baş xəbərHadisə

Ankarada hücumu həyata keçirən terrorçulardan birinin şəxsiyyəti məlum olub

Bugun.tv xəbər verir ki, Daxili İşlər Nazirliyi Ankarada hücumu həyata keçirən terrorçulardan birinin PKK terror təşkilatının üzvü olmasının müəyyən edildiyini açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada xatırladılıb ki, bu gün saat 09.26-da Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsi Atatürk Bulvarının girişinə avtomobillə gələn 2 terrorçu tərəfindən hücuma cəhd edilib.

Açıqlamada cəhdin qarşısının polis tərəfindən alındığı, hücuma cəhd edən 2 terrorçunun təhlükəsizlik qüvvələrinin anında reaksiyası nəticəsində zərərsizləşdirildiyi vurğulanıb.

Araşdırmalar zamanı terrorçulardan birinin separatçı terror təşkilatı PKK üzvü olduğu müəyyən edilib. Digər terrorçunun müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu