Sosial

Ankarada Türk Dövlətləri Autizm Federasiyasının növbəti tədbiri keçirildi

Bugun.tv-yə daxil olan məlumata görə, 1 sentyabr 2026-cı il tarixində Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Autizm Federasiyasının növbəti tədbiri keçirilib.

Tədbirdə türk dövlətlərində autizm sahəsində fəaliyyət göstərən təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.

Görüş zamanı türk dövlətlərində autizm sahəsində mövcud vəziyyət, qarşıda duran əsas vəzifələr, təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

İştirakçılar autizmli şəxslərin və onların ailələrinin sosial həyata daha fəal inteqrasiyasının təmin edilməsi, bu istiqamətdə müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi və faydalı təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində qarşıdakı dövrdə görüləcək işlər və birgə fəaliyyət istiqamətləri də müəyyənləşdirilib. Əməkdaşlığın daha da gücləndirilməsi, yeni layihələrin hazırlanması və türk dövlətləri arasında autizm sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Türk Dövlətləri Autizm Federasiyası bundan sonra da türk dövlətlərində autizmli şəxslərin və onların ailələrinin sosial inteqrasiyasına, hüquq və mənafelərinin müdafiəsinə, eləcə də bu sahədə təcrübə mübadiləsinin inkişafına töhfə verməyi qarşıya məqsəd qoyur.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Ankarada keçirilən tədbirdə iştirakına Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstək göstərilib.

Aynur Camal

Oxşar xəbərlər

Məhluqə Qaramanlının rəhbərlik etdiyi təşkilatın təcrübəsi beynəlxalq platformada işıqlandırıldı

Aynur Camal

“Müəllimlərə əl qaldırmaq gələcəyimizə əl qaldırmaqdır!”

Elnarə Dərziyeva

İsrail Prezidentinin iqamətgahı qarşısında Azərbaycan mahnıları səsləndirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu