Dünya

İsrail polis komissarı: Dünya İsraili “quldur və cinayətkar dövlət” kimi görür

Bugun.tv xəbər verir ki, İsrail polisinin komissarı Daniel Levi İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq hallarının İsrailin beynəlxalq imicinə ciddi zərər vurduğunu bildirib.

Yediot Ahronot qəzetinin məlumatına görə, Levi qapalı görüşlərdən birində çıxış edərkən İordan çayının qərb sahilində fələstinlilərə məxsus torpaqları ələ keçirən israillilərin zorakılığı barədə xəbərdarlıq edib.

İsrail polis komissarı bildirib ki, kiçik bir qrupun əsas məqsədi fələstinlilərə hücum etməkdir. Onun sözlərinə görə, bu cür hadisələr nəticəsində beynəlxalq ictimaiyyət İsrailə mənfi münasibət bəsləyir.

Levi çıxışında “Bütün dünya bizə quldur və cinayətkar dövlət kimi baxır” ifadəsini işlədib və amerikalıların da bu vəziyyətdən narazı olduğunu bildirib.

Qəzet görüşün harada və hansı şəraitdə keçirildiyini açıqlamayıb. Levinin bu fikirləri konkret olaraq kimlərə ünvanladığı da məlum deyil.

İsrailin dövlət televiziyası KAN isə İordan çayının qərb sahilinin şimalındakı Kusra qəsəbəsində baş vermiş hadisə ilə bağlı yeni məlumat yayıb. Bildirilir ki, təxminən üç həftə əvvəl fələstinlilərə məxsus evlərin ətrafını mühasirəyə alan israilli köçkünlərlə birlikdə bəzi İsrail əsgərlərinin dini mərasimdə iştirak etdiyi görüntülər yayılıb.

KAN-ın məlumatına görə, görüntülərin yayılmasından sonra hadisədə iştirak edən bölmə komandirlərindən biri İsrail ordusundakı vəzifəsindən uzaqlaşdırılıb.

Telekanal qeyd edib ki, əsgərlərin hücumlarda iştirak edən şəxslərlə birlikdə görüntülənməsi beynəlxalq aləmdə İsrail ordusunun fələstinli mülki şəxsləri qorumaq əvəzinə zorakılıq törədən köçkünlərə dəstək verdiyi kimi qiymətləndirilib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Putin: Türkiyə xarici siyasət və iqtisadiyyat sahəsində Rusiyanın əsas tərəfdaşlarından biridir

Aynur Camal

Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mesaj: Dövlətlərarası əlaqə kanalları üzərində işləyirik

Aynur Camal

BepiColombo Merkuri səfərinin son mərhələsinə daxil oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu