19 C
Baku
16 Aprel 2024, 18:58
DünyaMədəniyyət

Ankarada Türkiyə Cümhuriyyətinin 100-cü il dönümü qeyd olunub  

Bugun.tv xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin və Türk Dünyası Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Türkiyə  Cümhuriyyətinin 100-cü il dönümünə həsr olunan “Ergenekondan çıxış” adlı tədbir keçirilib. Tədbirdə, həmçinin, “3 May 1944-cü il Türkçülük Günü”  və  “19 May Atatürkü Anma, Gənçlik və İdman bayramı” da qeyd olunub.

Proqramı Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Qazi Mustafa Kamal Atatürk, Azərbaycan Lideri Heydər Əliyev və bütün şəhidlərimiz üçün 1 dəqiqəlik sükutla başlayıb.

Açılışda Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin və Türk Dünyası Mədəniyyət Mərkəzinin rəhbəri vəkil Arzuman Azaflı çıxış edib.

Professor, doktor, Ankara Üniversitetinin Dil və Tarix, coğrafya fakültəsi tarix bölümü, Türk tarixi və Türk Dünyası araştırmaçısı Abdullah Gündoğdu Azərbaycan və Türkiyənin  (Batı-Qərb Türkelində) milli kimliyindən danışıb.

Tədbirdə Azərbaycan, Hun-Türk ( Göytürk ) xaqanlığı və onların qərbdəki varisləri Xəzərlərin zamanında türklərin nəzarətində olduğunu, Oğuz elindən,  Selçuklulardan, Muğan və Marağa otlaqları yaxınlığında Qarabağ yaylasından, Anadoludan, Babur-Kazak-Özbek -Səfəvi-Osmanlı kimi Türk xanədanlarından, İlhanlılar, Teymurlular, Xarəzimşahlar, Sultan Toğrul bəy, Sultan Alparslan, Şah İsmayıl, Şah Abbas, Şah Təhmasib və digər tarixi dövürlər və tarixi şəxsiyyətlərlə bağlı məlumat verilib. 70 il sovet dönəmi Azərbaycan üçün böyük sıxıntılar yaratsa da Azərbaycan öz müstəqilliyini qura bildiyi vurğulanıb.

Dr. Babək Şahid türklük və Güney Azərbaycanla bağlı düşüncələrini paylaşıb. Sonra “Səda” musiqi kursunda çalışanlar türk musiqiləri səsləndiriblər. Proqramda Azərbaycandan gələn siyasətçilər, türkiyəli iş adamları, millət vəkilliyinə namizədlər və tələbələr də qatılıblar.

Türk Dünyası Mədəniyyət Mərkəzinin və Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin rəhbəri Arzuman Azaflı qonaqlara təşəkkür sertifikatı və “Xarıbülbül” plaketi, nişanı hədiyyə edib.

 

 

 

Bugün TV

Oxşar xəbərlər

ABŞ Qırmızı dənizdə Husilərə məxsus gəmi əleyhinə raketi vurduğunu açıqladı

Aynur Camal

Narkobaron çarpayının altında tapıldı

Kəmalə Sultan

Balıqçı gəmisi okeanda batdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu