Digər

Anomal Günəş aktivliyinin sirri açıldı

Bugun.tv xəbər verir ki, araşdırma “Astronomy and Astrophysics” (A&A) jurnalında dərc olunub. Günəş daxil olduğu sistemdə ən güclü hissəcik sürətləndiricisidir. Belə ki, elektronlar işıq sürətinə qədər sürətlənir və planetlərə çataraq peyklərə və astronavtlara təhlükə yaradır. Lakin indiyədək alimlər üçün aydın deyildi ki, niyə eyni hadisələr zamanı elektronlar bəzən gecikmə ilə qeydə alınır və hadisələr intensivlik baxımından fərqlənir?  Potsdamdakı Leybnits Astrofizika İnstitutundan Aleksandr Varmutun sözlərinə görə, iki fərqli ssenari aşkar edilib. Birinci halda “impulsiv” axınlardan söhbət gedir. Bu halda elektronlar partlayışdan dərhal sonra kosmosa yönəlir. İkinci halda isə söhbət kütlə atılmaları ilə bağlı “tədrici” axınlardan gedir ki, bu zaman hissəciklərin sərbəst buraxılması daha uzun çəkir, lakin miqdarı qat-qat çox olur.

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu