23 C
Baku
22 İyul 2024, 2:50
Dünya

Apple-dan yeni iPhone hərəkəti: Plus əvəzinə Slim gəlir

Apple-ın 2025-ci ildə təqdim edəcəyi iPhone 17 seriyası ilə Plus modelini çıxara və Slim adlı yeni modelini təqdim edə biləcəyi deyilir.

Apple-ın 2025-ci ildə satışa çıxaracağı iPhone 17 seriyasındakı “Plus” modelini yığışdıraraq, “Slim” adlı yeni modellə əvəz edəcəyi ilə bağlı xəbərlər yayılıb.

Bu söz-söhbətlər analitiklərin və sızdıranların iddialarına əsaslanır və hazırda Apple tərəfindən heç bir rəsmi açıqlama verilməyib.

Yeni iPhone 17 Slim nə təklif edəcək?2025-ci ildə təqdim ediləcək iPhone ailəsi ilə həyatımıza girəcəyi gözlənilən Slim modeli çox daha incə və yüngül bir telefon olacaq.

İncə modelin ekran ölçüsünün 6,6 və ya 6,55 düym olacağı təxmin edilir. Bu, Plus modelinin 6,7 düymlük ekranından bir qədər kiçikdir.

 Qiymət necə olacaq?

Bütün bu xüsusiyyətləri nəzərə alsaq, Slim modelinin Plus modelindən daha sərfəli olacağı ehtimal edilir.

Digər tərəfdən, bəzi şayiələr telefonun Pro Max modelindən daha bahalı ola biləcəyini göstərir.

Slim modelinin iPhone 17 seriyasının digər modellərində olan A17 Bionic çipi, Face ID və ikili arxa kamera kimi xüsusiyyətlərə sahib olacağı gözlənilir.

Apple niyə belə bir qərar verdi?Son illərdə Plus modellərinin satışında azalma müşahidə olunur. Bu, Apple-ı bu modeli silməyə və daha çox istifadəçiyə müraciət edə biləcək yeni bir model təqdim etməyə təşviq edə bilər.

Bundan əlavə, son vaxtlar yığcam və istifadəsi asan telefonlara tələbat artmaqdadır. Bu tələbatı ödəmək üçün nazik model Apple tərəfindən buraxıla bilər.

Slim modelinin Pro və Pro Max modelləri arasında qiymət və xüsusiyyət fərqini azaltmağa kömək etməsi də mümkündür.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İtaliyada istilər pik həddə çatdı

Bugün TV

Hücuma məruz qalan baş nazir öz vəzifəsinə qayıtdı

İntizar Əmirova

Ana və qızı köpək balığına yem oldu – FOTO + VİDEO

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu