Baş xəbərTexnologiya

Apple şəxsi ev robotu hazırlayacaq

Bugun.tv xəbər verir ki, “Apple” elektrik avtomobili layihəsini dayandırdıqdan sonra şirkətin mühəndisləri istifadəçiləri evlərində izləyə bilən mobil robot üzərində araşdırma aparırlar.

Apple-ın yeni gəlir mənbələri tapmaq üçün təzyiq altında olduğu deyilir. Qeyd edək ki, elektrikli avtomobil layihəsinin ləğvindən sonra bu təzyiq daha da artıb.

Apple robot texnologiyası ilə istehlakçıların evlərində daha böyük yer tuta, eyni zamanda süni intellekt sahəsini inkişaf etdirə bilər.

Apple-ın öz saytında robototexnika ilə bağlı tapşırıqları yerləşdirməsi onun layihə üzərində işləyən komandaları genişləndirməyə çalışdığını göstərir. Bildirilib ki, robotik tədqiqatlarla Apple-ın aparat mühəndisləri və Con Giannandrea tərəfindən idarə olunan süni intellekt qrupu məşğul olacaq.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Çingiz Abdullayev – El Bakuvi yaradıcılığı…VİDEO

Aynur Camal

Anthropic rəhbəri süni intellekt üçün məcburi tənzimləmələrə çağırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu