Baş xəbər

Aprelin 25-də gözlənilən hava şəraiti

Bugun.tv xəbər  verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-15°, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütuna yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 1-6°, gündüz 8-13° isti olacaq.

Mənbə: Milli Hidrometeorologiya Xidməti

Aynur Camal

Oxşar xəbərlər

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Aynur Camal

Siyasi ekspert: ABŞ Cənubi Qafqazda Rusiyanın təsirini məhdudlaşdırmağa çalışır

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ və İran arasında razılaşma yaxın perspektivdə mümkün görünmür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu