17 C
Baku
25 İyun 2025, 5:15
MədəniyyətSosial

AQSİA 18-ci Beynəlxalq Kənd Təsərrüfatı və 30-cu Qida Sənayesi Sərgisində təmsil olunur

Bugun.tv -xəbər verir ki, 13 may 2025-ci il tarixindən etibarən Bakı Ekspo Mərkəzində keçirilən 18-ci Beynəlxalq Kənd Təsərrüfatı və 30-cu Qida Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) üzv şirkətləri ilə birlikdə “AQSİA stendi” adı altında təmsil olunur.

Məlumata görə, artıq dördüncü gündür davam edən sərgidə AQSİA üzvü olan yerli şirkətlər və Bakı Tekstil Fabriki tərəfindən istehsal olunan məhsullar sərgi iştirakçılarına təqdim edilir.

Məqsəd kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarların, xüsusilə də gənc qadın sahibkarların məhsullarını xarici tərəfdaşlara tanıtmaq, onların brend inkişafına dəstək vermək və yeni əməkdaşlıq imkanları yaratmaqdır.

Sərgidə Türkiyə, Özbəkistan kimi türkdilli ölkələrdən olan qadın sahibkarlar da iştirak edir. “Hellim”, “Alyalina”, “The Cuciest”, “Lukslab”, “Milkys”, “Easy Food Yarımfabrikat” kimi yerli brendlər öz məhsullarını təqdim edərək sərgi iştirakçılarını yerli və məsuliyyətli istehsalla tanış edirlər.

Tədbir çərçivəsində həmçinin 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu təşkil olunub. Forumda AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva moderator qismində çıxış edərək aqrar sahədə qadınların rolu, onların inkişaf imkanları və qarşılaşdıqları çağırışlardan bəhs edib. O, çıxışında gənc qadınlara sahibkarlıq fəaliyyətində fəal olmağı, təhsilə önəm verməyi və şəxsi inkişafı daim diqqətdə saxlamalarını tövsiyə edib. Forum çərçivəsində keçirilən “Aqrar Sənayedə Qadınların Rolu: Dəstək Mexanizmləri və Təşəbbüslər” adlı paneldə AQSİA-nın İdarə Heyətinin üzvləri Jalə Əmirbəyova və Pərvanə İsgəndərova ilə yanaşı, Şafak Bildirici, Mustafa Derince və Kemal Bağzıbalı da spiker qismində çıxış edərək öz təcrübələrini bölüşüblər.

Panelin sonunda AQSİA ilə TQTA (Turan Qastro Turizm Akademiyası) arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlığın yeni layihə və təşəbbüslərə zəmin yaradacaq.

Həyata keçirilən bu təşəbbüslər kənd təsərrüfatının davamlı inkişafına və ərzaq təhlükəsizliyinin təmininə (BMT-nin 2-ci məqsədi – Aclığa son), qadınların iqtisadi və sosial cəhətdən güclənməsinə (5-ci məqsəd – Gender bərabərliyinə nail olunması), eləcə də məsuliyyətli istehsal və istehlak modellərinin təşviqinə (12-ci məqsəd – Məsuliyyətli istehsal və istehlak) töhfə verir.

Mənbə: İkiSahil.Az

Aynur Camal

Oxşar xəbərlər

II Sumqayıt karyera sərgisi keçirilib

Şükufə Ramizqızı

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Qobustanda vətəndaşları qəbul edəcək

Bugün TV

Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu