25 C
Baku
27 İyul 2024, 4:51
Digər

AQTA 13 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub.

Bu barədə Bugun.tv-yə AQTA-dan məlumat verilib.

Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “24 Saat” şərab evi Xətai rayonu, N.Rəfiyev küç., ev 14A Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2 “Badə” şərab evi Sumqayıt şəhəri, 6-cı mkr Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
3 “Səid” market Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
4 “Qoşqar” market Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
5 “Zeytun” aptek Şirvan şəhəri, A.Əhmədov küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6 “Dokta” aptek Salyan şəhəri, Y.Qasımov küçəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
7 “Dokta” aptek Salyan şəhəri, Kürqaraqaşlı kəndi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
8 “Vəzir” market Şəmkir rayonu, Dəllər ştq Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
9 “Dokta” aptek Şəmkir rayonu, Bakı-Qazax şosesi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
10 “Dokta” aptek Şəmkir rayonu, Bakı-Qazax şosesi 1175 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
11 “Şah” restoranı Xətai rayonu, N.Rəfiyev küç., ev 49A 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
12 “Çempion” restoranı Xətai rayonu, N.Rəfiyev küç., ev 25 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
13 “Star” restoranı Binəqədi rayonu, S.S.Axundov küç., ev 8B 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Ev şəraitində hazırlanan məhsulların satışı
Nigar Məmmədova

Oxşar xəbərlər

İsmayıllı Rayon İcra Hakimiyətində yeni təyinat olub.

Şükufə Ramizqızı

İqlim fəalları Venesiyadakı “Böyük kanal”a rəngli maye tökdülər

İntizar Əmirova

İsmayıllıda “20 Yanvar” faciəsinin 33-cü ildönümü yad edilib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu