Dünya

Aralıq dənizinin isinməsi invaziv dəniz canlılarının yayılmasını sürətləndirir

Bugun.tv xəbər verir ki, iqlim dəyişikliyi nəticəsində Aralıq dənizində suyun temperaturunun sürətlə artması bölgədə yüzlərlə invaziv dəniz növünün yayılmasını sürətləndirib.

AP News-un yayımladığı araşdırmaya görə, hazırda Aralıq dənizində təxminən 1 000 yad növ qeydə alınıb və onların 800-ə yaxını artıq bölgədə daimi məskunlaşıb. Alimlər bildirirlər ki, istiləşən dəniz suları xüsusilə tropik mənşəli növlərin yaşaması üçün daha əlverişli şərait yaradır.

Mütəxəssislərin sözlərinə görə, zəhərli şir balığı (lionfish), dovşan balığı (rabbitfish) və gümüşyanaqlı şişbalıq (silver-cheeked toadfish) kimi növlər yerli dəniz canlılarının sayını azaldır, balıqçılığa zərər vurur və dəniz ekosisteminin tarazlığını pozur. Bəzi növlər isə insanlar üçün də təhlükə yarada bilər.

Araşdırmada qeyd olunur ki, Aralıq dənizində molyusk populyasiyası xüsusilə şərq hissəsində kəskin azalıb, bəzi ərazilərdə isə midyə koloniyaları demək olar ki, yox olub. Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi və invaziv növlərin yayılması birlikdə bölgənin biomüxtəlifliyi üçün ən ciddi təhdidlərdən birinə çevrilib.

Mənbə: ApNews

Aynur Camal

Oxşar xəbərlər

Hansı rəngdə olan almalar daha faydalıdır?

Aynur Camal

Kərgədan balalarının birinci doğum günü tortla qeyd olunub

Aynur Camal

Butanda bir gündə 108 buddist abidəsi ucaldıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu