süni intellekt, əmək bazarı, iş yerləri, peşələrin avtomatlaşdırılması, Sber, Rusiya, texnologiya, gələcəyin peşələri
Texnologiya

Araşdırma: işçilərin 13 faizi süni intellektlə əvəz oluna bilər

Süni intellektin əmək bazarına təsiri ilə bağlı yeni araşdırma bəzi peşələrdə insan əməyinə ehtiyacın azalacağını, digərlərində isə işçilərin texnologiya ilə birgə fəaliyyət göstərəcəyini ortaya qoyub.

Bugun.tv xəbər verir ki, tədqiqat 19 milyon vakansiyanın təsviri əsasında 436 peşəni və 45,5 min əmək funksiyasını əhatə edib. Müəlliflər süni intellektin təsirini üç qrupa ayırıblar: avtomatlaşdırıla bilən işlər, insanın süni intellektlə birgə yerinə yetirəcəyi tapşırıqlar və fiziki fəaliyyətlər.

Araşdırmanın nəticələrinə görə, Rusiyada çalışanların 51 faizinin işi süni intellektdən təsirlənə bilər. Onların 13 faizinin gördüyü işlərin yeni texnologiyalarla tam əvəzlənməsi, 38 faizinin isə fəaliyyətini dəyişərək süni intellektlə birgə işləməsi ehtimal olunur.

Avtomatlaşdırılma riski daha çox satıcılar, mühasiblər və rəhbər köməkçiləri kimi peşələrdə müşahidə edilir. Rəhbərlər, mühəndislər, müəllimlər və həkimlər isə süni intellektdən iş məhsuldarlığını artırmaq üçün istifadə edə biləcək qruplar arasında göstərilir.

Bununla belə, mütəxəssislər proqnozlara ehtiyatla yanaşırlar. Bəzi ekspertlər hesab edirlər ki, yaxın illərdə süni intellektin əmək bazarına real təsiri araşdırmada göstərilən nəzəri ssenaridən daha məhdud ola bilər.

Mənbə:  kommersant.ru

Aynur Camal

Oxşar xəbərlər

AFP-nin məzmun platforması kiberhücumdan sonra bağlanıb

Aynur Camal

Daşqınları daha dəqiq proqnozlaşdırmağa imkan verən yeni üsul hazırlandı

Aynur Camal

“Euclid” teleskopu Kainatın ilk dövrlərindən qalan nəhəng qara dəliyin izlərini aşkarladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu