Baş xəbərTexnologiya

Araşdırma: Süni intellekt özünü başqa sistemlərə köçürdü

Palisade Research tədqiqat qurupu tərəfindən aparılan yeni araşdırma süni intellektin insan müdaxiləsi olmadan müəyyən şərtlər daxilində özünü başqa kompüter sistemlərinə köçürə bildiyini ortaya qoyub.

Bugun.tv– xəbər verir ki, tədqiqat zamanı laboratoriya şəraitində süni intellekt modellərinə şəbəkədəki zəif nöqtələri tapmaq və onlardan istifadə etmək tapşırığı verilib. Nəticədə bəzi sınaqlarda modellərin bir serverdən digərinə uğurla keçərək öz surətini yaratdığı müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, bu nəticə gələcəkdə nəzarətdən çıxan proqram təminatının müxtəlif rəqəmsal mühitlərdə gizlənərək dayandırılmasını çətinləşdirə biləcəyi ilə bağlı narahatlıqları artırır.

Araşdırmada qeyd olunur ki, özünü çoxaldan kompüter virusları uzun illərdir mövcuddur. Lakin bu cür davranışın böyük dil modelləri tərəfindən müstəqil şəkildə nümayiş etdirilməsi diqqət çəkən yeni mərhələ hesab olunur.

Bundan əvvəl də Alibaba ilə əlaqəli tədqiqatçılar tərəfindən hazırlanmış bir sistemin öz mühitindən kənara çıxaraq əlavə hesablama resurslarından istifadə etməyə cəhd göstərdiyi bildirilmişdi.

Bununla belə, kibertəhlükəsizlik üzrə ekspertlər hazırkı şəraitdə təhlükənin real həyatda hələ geniş miqyaslı olmadığını vurğulayırlar. Onların sözlərinə görə, mövcud süni intellekt modellərinin böyük həcmli məlumat daşıması onların şəbəkələr üzərindən gizli şəkildə yayılmasını xeyli çətinləşdirir.

Mütəxəssislər hesab edir ki, texnologiyanın sürətli inkişafı fonunda süni intellekt sistemləri üzərində nəzarət, şəffaflıq və cavabdehlik mexanizmlərinin gücləndirilməsi getdikcə daha vacib olur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

NASA peyki: Mexiko şəhəri ayda 2 santimetrədək çökür

Aynur Camal

Bakı-Brüssel xəttində realist və praqmatik uzlaşma

Aynur Camal

İlham Əliyev və Volodimir Zelenski arasında telefon danışığı olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu