10 C
Baku
16 Fevral 2026, 20:37
Dünya

Araşdırma: Yatmazdan əvvəl son 3 saat yemək yeməmək ürək sağlamlığını yaxşılaşdıra bilər

yatmazdan əvvəl yemək, son yemək saatı, ürək sağlamlığı, metabolizm, gecə orucu, sirkadiyen ritm, kalp xəstəliyi riski, qan təzyiqi, qan şəkəri, sağlam qidalanma, metabolik sağlamlıq, tip 2 diabet riski, qaraciyər piylənməsi, tədqiqat nəticələri, ABŞ araşdırması

ABŞ-da aparılan araşdırmada göstərilib ki, yatmazdan əvvəlki son 3 saat ərzində yemək yeməmək ürək sağlamlığı və metabolizm üzərində müsbət təsir göstərə bilər.

Araşdırmanın gedişi

Amerikan Northwestern Medicine tərəfindən aparılan tədqiqatda, son yeməyin vaxtının ürək və metabolizm üzərindəki təsirləri araşdırılıb.

Birinci qrup iştirakçılar yatmazdan ən az üç saat əvvəl yeməyi dayandırıb və 13–16 saatlıq gecə orucu tətbiq ediblər.

İkinci qrup isə gecə 11–13 saatlıq oruc rejimini davam etdirib.

Hər iki qrup üçün yatmazdan 3 saat əvvəl işıqlar azaldılıb.

Tədqiqatda kalori miqdarı deyil, yalnız yemək vaxtı dəyişdirilib. Nəticələr göstərib ki, son yeməyin vaxtını erkən edən qrupda gecə qan təzyiqi və ürək döyüntüsü xeyli azalıb, həmçinin qan şəkəri səviyyələri yaxşılaşıb.

Əhəmiyyəti

Araşdırma xüsusilə ürək xəstəliyi riski yüksək şəxslər üçün yemək vaxtını erkən təyin etməyin, diyet tərkibini dəyişdirmədən tətbiq oluna biləcək praktik bir üsul olduğunu vurğulayıb.

Metabolik sağlamlıq və sirkadiyen ritm

Bədənin biyoloji saatı olaraq bilinən sirkadiyen ritm metabolizm və ürək funksiyaları da daxil olmaqla bir çox prosesi tənzimləyir. Metabolik sağlamlığın pozulması isə Tip 2 şəkərli diabet, qaraciyər piylənməsi və ürək xəstəliyi riskini artırır.

Araşdırmanın nəticələri “Arteriosclerosis, Thrombosis, and Vascular Biology” jurnalında dərc olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Braziliyada Rio Karnavalı samba yürüşləri ilə başladı

Aynur Camal

Peskov: Cenevrə danışıqlarında ərazi məsələsi müzakirə olunacaq

Aynur Camal

İranla əlaqəli 7 nəfərə sanksiya tətbiq edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu