15 C
Baku
25 İyun 2025, 6:43
Dünya

Araşdırmalara görə, yeməkləri az çeynəyən uşaqlar piylənməyə daha çox meyllidirlər

Yaponiyada aparılan araşdırmalara görə, az çeynəyən, tez yemək yeyən və ağızları dolu olan uşaqların piylənməyə meylli olduğu aşkarlanıb.

Yaponiyanın Osaka Universitetinin alimləri çeynəmə vərdişlərinin uşaqlarda piylənməyə təsirini araşdırmaq üçün araşdırma aparıblar.

9-10 yaş arası təxminən 1400 uşağın yemək vərdişlərinin araşdırıldığı araşdırmada, yeməyini kifayət qədər çeynəməyən uşaqların piylənməyə daha çox meylli olduğu müəyyən edilib.

Müəyyən edilib ki, yeməyi pis çeynəyən, eləcə də tez və ağzı dolu yeyən uşaqlar da bu xəstəliyə meyilli olurlar.

Məlum olub ki, az çeynəyən uşaqlarda piylənmə riski bir yarım dəfə, tez yeyən uşaqlarda isə piylənmə riski təxminən iki dəfə çoxdur.

Bu vəziyyətin daha çox oğlanlarda müşahidə edildiyi üzə çıxsa da, araşdırma nəticəsində “obez” sinfində 167 uşaq qiymətləndirilib.

Araşdırma “Science Direct” saytında dərc olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ mətbuatı Haniyə sui-qəsdi ilə bağlı şok iddia yazdı!

Aynur Camal

BMT-nin Baş katibi İranda baş verən partlayışları pislədi

Teymur Əziz

“Qazandığımız demokratiyanı heç kim əlimizdən ala bilməz”

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu