Dünya

Ardıcıl iki zəlzələ!

Bugun.tv -nin əldə etdiyi məlumata görə, Tayvanın Hualien şəhərində 6,1 və 6 bal gücündə ardıcıl iki zəlzələ olub.

Tayvanın Hualien şəhərinin cənub-şərqində iki zəlzələ aşkar etdiyini Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidməti (USGS)  açıqlayıb.

Təxminən 10 kilometr dərinlikdə baş verən bu təkanlar 6 dəqiqə ara ilə baş verib və müvafiq olaraq 6,1 və 6 bal gücündə olub.

İlkin məlumata görə, bu zəlzələlər nəticəsində can və ya mal itkisi qeydə alınmayıb.

Xatırladaq ki, Aprelin 3-də də Tayvanın Hualien şəhərində 7,4 bal gücündə zəlzələ baş vermişdi.

Tayvan Mərkəzi Meteorologiya İdarəsi zəlzələnin maqnitudasını 7,2 olaraq açıqlayıb və bunun Tayvanda son 25 ildə baş verən ən güclü zəlzələ olduğunu bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Ukraynanın hücumlarına cavab olaraq Britaniyanın hərbi obyektləri hədəf alına bilər

Aynur Camal

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 12-yə çatdı

Aynur Camal

Məkkədə saat qülləsini ildırım vurdu – görüntülər yayılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu