Dünya

DÇ korrupsiya işi ilə bağlı Qətər diplomatı açıqlama verdi

Avropa Parlamentinin  Qətər nümayəndələrinə qarşı təklif etdiyi tədbirlər, xüsusən də AP binalarından çıxarılma əmirliyin Aİ ilə münasibətlərinə və beynəlxalq enerji təhlükəsizliyi ilə bağlı müzakirələrə mənfi təsir göstərəcək.

Bugün.tv  “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Qətər diplomatı bildirib.

Onun sözlərinə görə, məhkəmə qərarı olmadan Qətərə qarşı belə bir ayrı-seçkilik tədbirinin tətbiqi, regional və qlobal təhlükəsizlik əməkdaşlığına, enerji təhlükəsizliyi ilə bağlı davam edən müzakirələrə mənfi təsir göstərəcək.

Xatırladaq ki, Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç nəfər Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Hesabat: Daha bərabər və yaşana bilən dünya qurmaq mümkündür

Aynur Camal

Disneyland Paris 34 ildən sonra da Disney-in sərmayəsini geri qaytara bilməyib

Aynur Camal

Yeni nəsil “yaşıl damlar” enerji qənaətində populyarlıq qazanır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu