15 C
Baku
25 İyun 2025, 6:24
Dünya

Arı populyasiyası təhlükə altındadır: Alimlər xəbərdarlıq edir

Alimlər müharibələr, mikroplastiklər və işıq çirklənməsi kimi yeni təhlükələr səbəbindən arı populyasiyasının yox olmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər.

Reading Universitetinin rəhbərlik etdiyi yeni hesabatda növbəti onillikdə tozlandırıcıların itkisini sürətləndirə biləcək 12 yeni təhlükə müəyyən edilib.

Bunların arasında müharibələr, mikroplastik çirklənmə, süni işıqlar, antibiotik qalıqları və pestisid kokteylləri önə çıxır. Məsələn, Ukraynadakı müharibə kimi münaqişələr ölkələri daha az növ məhsul yetişdirməyə məcbur edir.

Bu, arıların mövsüm boyu müxtəlif qida mənbələrinə çıxışını məhdudlaşdırır. Mütəxəssislər bu vəziyyətin arı populyasiyasına birbaşa təsir etdiyini bildirir.

Alimlər Avropada sınaqdan keçirilmiş 315 arı koloniyasının əksəriyyətində PET kimi sintetik plastiklərin izlərinin tapıldığını açıqladılar. Mütəxəssislər küçə işıqlarının gecə pollinatorlarının gül ziyarətini 62 faiz azaldığını vurğulayaraq, antibiotik qalıqları və kimyəvi pestisid qarışıqlarının da arıların davranışını pozaraq həyat dövrünü təhlükə altına aldığını izah ediblər.

Hesabatda arıları qorumaq üçün bəzi həll yolları da sadalanıb. Bunlara antibiotiklərlə çirklənməyə qarşı daha güclü qanunlar, havanın çirklənməsini azaltmaq üçün elektrikli nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi və daha çox polen istehsal edən bitkilərin əkilməsi kimi təkliflər daxil idi.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Cümhuriyyəti bu gün 101 yaşını qeyd edir

Aynur Camal

Volodimir Zelenski Davos iqtisadi forumunda iştirak edə bilər

İntizar Əmirova

Qapısı açıq havaya qalxan kiçik təyyarə dayanacağa çırpıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu