Sosial

Art-terapiya üzrə beynəlxalq təlim proqramı uğurla başa çatdı

Bugun.tv-yə daxil olan məlumata görə, 20–22 iyul 2026-cı il tarixlərində Azərbaycan Autizm Assosiasiyası və David Mərkəzinin birgə təşkilatçılığı ilə art-terapiya üzrə beynəlxalq təlim proqramı keçirilib.

Təlimdə İsraildən dəvət olunmuş art-terapiya mütəxəssisi Andrey iştirak edərək öz bilik və təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. Proqramda Azərbaycan Autizm Assosiasiyasına üzv təşkilatların nümayəndələri, mütəxəssislər və autizm sahəsində çalışan şəxslər iştirak ediblər.

Üç gün davam edən təlim zamanı art-terapiyanın autizmli şəxslərin emosional, sosial və yaradıcı bacarıqlarının inkişafındakı rolu, müxtəlif praktik metodlar, fərdi və qrup fəaliyyətlərinin təşkili, incəsənət vasitəsilə ünsiyyətin gücləndirilməsi, eləcə də reabilitasiya prosesində tətbiq olunan müasir yanaşmalar barədə ətraflı məlumat verilib.

İştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərdə də fəal iştirak edərək art-terapiya üsullarını tətbiq etmək imkanı əldə ediblər.

Təlim proqramının sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd olunub ki, Azərbaycan Autizm Assosiasiyası bundan sonra da autizm sahəsində çalışan mütəxəssislərin peşəkar inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və innovativ reabilitasiya metodlarının ölkədə tətbiqinə töhfə verən layihələrin həyata keçirilməsini davam etdirəcək.

Bugün TV

Oxşar xəbərlər

Deputat Sevinc Hüseynova Gədəbəydə vətəndaş qəbulu keçirdi

Aynur Camal

Botanika İnstitutunun doktorantı Hacettepe Universitetində elmi ezamiyyətdə olub

Bugün TV

Mikrobioloq hər gün toxunduğumuz ən çirkli əşyanın adını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu