Baş xəbərMədəniyyət

ASAN könüllüləri “Topal Teymur” tamaşasını səhnələşdiriblər

Bugun.tv xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tamaşa nümayiş olunub. Hüseyn Cavidin eyniadlı pyesi əsasında “Topal Teymur” tamaşası səhnəyə qoyulub.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan tamaşada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak edib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin , şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli lider Heydər Əliyevin siyasətini, mədəniyyət və incəsənət sevgisini əks etdirən videoçarx izlənilib.

Tamaşanın nümayişindən sonra könüllülər təltif ediliblər və xatirə şəkli çəkdiriblər.

Aynur Camal

Oxşar xəbərlər

1313 evsiz insan küçələrdə öldü

Aynur Camal

Instagram-a yeni funksiya: Hekayələr 7 gün ərzində silinməyəcək

Teymur Əziz

Diyarbəkirdə 240 kiloqram marixuana ələ keçirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu