25 C
Baku
27 İyul 2024, 4:48
Baş xəbərSosial

“ASAN xidmət” kollektivi Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib

Bugun.tv-yə “ASAN Xidmət”-dən verilən məlumata görə, ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü kimi qeyd olunur.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və qurumun kollektivi tərəfindən Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, ulu öndərin məzarı ziyarət edilib və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Dövlət Agentliyində təşkil olunan tədbirdə öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarxlar nümayiş etdirilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müstəqil Azərbaycan Respublikasının qurucusu, ulu öndər Heydər Əliyevin zəngin təcrübəsindən, ölkəmizin inkişafı, tərəqqisi naminə gördüyü işlərdən söz açıb. Diqqətə çatdırılıb ki, məhz ümumilli liderin dövlət siyasətinin müxtəlif sahələrində həyata keçirdiyi islahatları nəticəsində ölkəmizdə dinamik inkişafın əsası qoyulub, sosial-iqtisadi tərəqqiyə nail olunub.

Sonra Prezident İlham Əliyevin 27 dekabr 2022-ci il tarixli Sərəncamları ilə təltif olunmuş əməkdaşlara “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və “Əməkdar jurnalist” fəxri adı təqdim olunub.

Həmçinin Dövlət Agentliyinin Aparatında və “ASAN xidmət” mərkəzlərində çalışan əməkdaşlar “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı və “Nümunəvi əməkdaş” döş nişanı ilə təltif ediliblər.

Günün sonunda Dövlət Agentliyinin inzibati binasında ASAN könüllülərinin milli musiqi ifaları səsləndirilib.

Aynur Camal

Oxşar xəbərlər

Yol polislərinə tabe olmayan narkoman sürücü həbs edildi

Aynur Camal

Yük maşınında 49 qeyri-qanuni immiqrant tutuldu

İntizar Əmirova

Paytaxtda yanğın baş verdi-FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu