Baş xəbərSosial

“ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

Bugun.tv-yə daxil olan məlumata görə, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Dünən mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Qeyd edilib ki, hazırda 25 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 7-si paytaxt Bakıda, digər 18-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.

Aynur Camal

Oxşar xəbərlər

Bir gün rəhbərliklə

Bugün TV

FIFA dünya çempionatının finalından sonra insidentlə bağlı araşdırmaya başladı

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Azərbaycan-Almaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu