Hadisə

Atlantik okeanında sərnişin gəmisində virus şübhəsi: 3 nəfər öldü

MV Hondius sərnişin gəmisində virus şübhəsi ilə bağlı insident nəticəsində üç nəfər həyatını itirib, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Argentinadan martın 20-də yola çıxan və mayın 4-də Kabo-Verdeyə çatan Hollandiya bayraqlı gəmidə ilk olaraq bir sərnişində yüksək hərarət, qarın ağrısı, ishal və baş ağrısı əlamətləri müşahidə olunub.

Məlumata görə, 70 yaşlı Niderland vətəndaşı Müqəddəs Yelena adasında xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib. Onun həyat yoldaşı da oxşar əlamətlərlə Cənubi Afrika Respublikasına təxliyə olunsa da, həkimlərin səylərinə baxmayaraq xilas edilə bilməyib. Eyni simptomları göstərən daha bir Niderland vətəndaşı isə gəminin göyərtəsində ölüb.

69 yaşlı Britaniya vətəndaşı olan digər sərnişin əvvəlcə Ascension adasında xəstəxanaya yerləşdirilib, daha sonra isə Johannesburg şəhərinə aparılaraq reanimasiya şöbəsinə qəbul olunub.

Oceanwide Expeditions şirkətinin açıqlamasına görə, hantavirus şübhəsi olan iki ekipaj üzvü də gəmidə müşahidə altındadır. Niderland və Kabo-Verde rəsmiləri gəmidə araşdırmalara başlayıblar.

Dünya Səhiyyə Təşkilatı bildirib ki, laborator müayinələr nəticəsində bir nəfərdə hantavirus infeksiyası təsdiqlənib, daha beş nəfərdə isə xəstəliyə şübhə var. Hazırda əlavə laborator analizlər və epidemioloji araşdırmalar davam etdirilir.

Mütəxəssislər qeyd edirlər ki, hantavirus əsasən gəmiricilərin sidiyi, tüpürcəyi və nəcisi ilə təmas nəticəsində yayılır. Nadir hallarda insanlar arasında da ötürülə bilən virus ağır tənəffüs çatışmazlığı, daxili qanaxma və böyrək çatışmazlığına səbəb ola bilər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Rus polis əməkdaşına bombalı hücum edildi

Aynur Camal

Güclü qış fırtınası ABŞ-ın şimal-şərqində məktəbləri bağlayıb, həyatı iflic edib

Aynur Camal

Güclü yağışlar səbəbindən fövqəladə vəziyyət elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu