Dünya

Hörmüz böhranı fonunda Nigeriya zavodu Böyük Britaniyanın aviasiya yanacağı üçün əsas mənbəyə çevrilir

Böyük Britaniya hökuməti yay mövsümündə mümkün aviasiya yanacağı çatışmazlığının qarşısını almaq üçün alternativ mənbələr axtarır. Bu prosesdə Nigeriyanın Dangote Refinery neftayırma zavodu əsas təchizatçılardan biri kimi ön plana çıxıb.

Hörmüz boğazı ətrafında yaranan gərginlik səbəbindən Yaxın Şərqdən yanacaq daşınmasında çətinliklər yaranıb. Buna görə London daha çox yanacağın ABŞ və Qərbi Afrikadan idxalına üstünlük verir.

Heidi Alexander bildirib ki, ölkədə fəaliyyət göstərən neftayırma müəssisələrinə istehsalı artırmaq tapşırılıb. Bununla yanaşı, Nigeriyadan gələn aviasiya yanacağı Böyük Britaniyanın ehtiyaclarının ödənilməsində mühüm rol oynayır.

Bazar məlumatlarına əsasən, mart ayında Nigeriyadakı Dangote zavodundan Böyük Britaniyaya təxminən 130 min ton reaktiv yanacaq göndərilib. Hazırda isə əlavə 60 min ton yanacağın yolda olduğu bildirilir.

Afrikanın ən böyük neftayırma müəssisələrindən sayılan bu zavod son aylarda əmək münasibətləri ilə bağlı mübahisələrlə də gündəmə gəlib. Həmkarlar ittifaqları bəzi işçilərin ittifaq üzvü olduqları üçün işdən uzaqlaşdırıldığını iddia etsə də, şirkət bu ittihamları rədd edib.

Mütəxəssislərin fikrincə, hazırkı şəraitdə Dangote zavodu təkcə Nigeriya üçün deyil, həm də Avropa bazarında yanacaq sabitliyinin qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Mənbə: TheGuardian

Aynur Camal

Oxşar xəbərlər

“ABŞ gəmiləri vurularsa, İranı yer üzündən silərik”

Aynur Camal

BAE: İrandan atılan 4 raket hava hücumundan müdafiə sistemləri ilə qarşılanıb

Aynur Camal

Afrikanın “Venesiya”sı Ganvie kəndi havadan görüntüləndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu