DünyaHadisə

Atlantik okeanında tropik “Li” qasırğası 4-cü kateqoriyaya çevrilə bilər

Bugun.tv xəbər verir ki, Atlantik okeanı üzərində əmələ gələn tropik “Li” qasırğasının yaxın günlərdə 4-cü kateqoriyaya çevriləcəyi gözlənilir. ABŞ Milli Qasırğa Mərkəzinin verdiyi açıqlamada hazırda fırtınanın sürətinin saatda təxminən 100 kilometr olduğu, ancaq küləyin sürətinin yaxın günlərdə saatda təxminən 230 kilometrə çata biləcəyi bildirilib. Açıqlamada, fırtınanın təsir edəcəyi yerləri dəqiq müəyyənləşdirməyin hələ tez olduğu, Tropik Li Fırtınasının Karib dənizindəki adalara çatmasının gözlənildiyi bildirilib. Tropik Li Fırtınası quruya çatarsa, “dağıdıcı zərərin olacağı” qeyd edilən açıqlamada, fırtınanın yaxın günlərdə 4-cü kateqoriya qasırğaya çevrilməsinin gözlənildiyi bildirilib. ABŞ Milli Okean və Atmosfer İdarəsi builki qasırğa mövsümünün normadan yüksək olacağı barədə xəbərdarlıq edərək, 14-21 fırtınanın gözlənildiyini bildirib. Gözlənilən tufanlardan 6-dan 11-dək qasırğaya, 2-dən 5-dək isə böyük qasırğaya çevrilməsi ehtimalı var. 1-ci kateqoriyaya aid edilən qasırğalar küləyin sürəti saatda 118-153 kilometr, 5-ci kateqoriyaya aid olan qasırğalar isə ən azı saatda 249 kilometr küləyin sürətinə malikdir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Dünyanın karbon büdcəsi üç ilə tükənə bilər

Aynur Camal

Çin Aİ ilə iki yüksək səviyyəli görüşü ləğv etdi

Aynur Camal

Çimərlikdə 10-65 yaş arası şəxslərə çətir qadağası tətbiq edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu