Baş xəbərDünya

Atmosfer suyunu içməli suya çevirəcək cihaz hazırlanıb

ABŞ alimləri atmosferdəki suyu içməli suya çevirə bilən cihaz hazırlayıblar. Təfərrüatları “Cell Reports Physical Science” jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, hazırlanmış cihazla su qıtlığı yaşayan milyardlarla insana təmiz içməli su təmin edilə bilər.

ABŞ-ın Yuta Universitetinin mühəndisləri havada su molekullarını toplayıb onları içməli suya çevirə bilən atmosfer suyu yığan (AWH) cihazı hazırlayıblar.

Tədqiqat qrupundan Sameer Rao, istehsal etdikləri cihazda metal-üzvi quruluşa malik hiqroskopik materiallardan istifadə etdiklərini və hiqroskopik materialların suyu çox yaxşı udduğunu bildirib.

Metal-üzvi strukturların havadan yalnız su qaynağını udmaq üçün fərdiləşdirilə biləcəyini ifadə edən Rao, hiqroskopik materialın müxtəlif qazları ayırmaq üçün də təşkil edilə biləcəyini qeyd edib.

Tədqiqat qrupundan Nathan Ortiz, istifadə edilən materialın molekulyar miqyasda çox böyük bir səth sahəsi olduğu üçün, az miqdarda materialla böyük miqdarda suyu tuta bildiklərini ifadə edib.

Materialın məsaməli səthində su buxarını tutduqdan sonra su molekullarının qızdırılaraq mayeyə çevrildiyini bildirən Ortiz, cihaz üçün ilkin patent üçün müraciət etdiklərini bildirib.

Mənbə:  TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Məhzən” əməliyyatı oldu: 11 nəfər saxlanıldı

Bugün TV

Təkrar emal müəssisəsində yanğın baş verdi

Bugün TV

UNESCO müəllimlərin vəziyyəti ilə bağlı hesabat yayıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu