Rusiya Ukrayna müharibəsi Sanksiyalar
Siyasət

Avropa Birliyi Rusiyanı qara siyahıya saldı

Avropa Birliyi Rusiyanı çirkli pulların yuyulması riski səbəbilə qara siyahıya daxil edib.

Bu barədə AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib.

AB Xarici İşlər Nazirləri toplantısından sonra açıqlama verən Kallas qeyd edib ki, bu qərar Rusiya bankları ilə aparılan maliyyə əməliyyatlarını ləngidəcək və xərcləri artıracaq. Onun sözlərinə görə, Moskva sülhə nail olmaq üçün real addımlar atmır və müharibədə qışı “silah”a çevirir.

Kallas həmçinin Rusiya ordusunda döyüşmüş keçmiş hərbçilərin Şengen zonasına girişinin qadağan edilməsi təklifinin üzv ölkələrin əksəriyyəti tərəfindən dəstəkləndiyini açıqlayıb.

Rusiyaya qarşı diplomatik dialoqun mümkünlüyü ilə bağlı suala cavab verən Kallas bildirib ki, Moskvanın artıq ABŞ-la əldə etdiyi razılaşmalar fonunda AB-dən əlavə güzəşt gözləməsi üçün səbəb yoxdur.

Rusiya Ukrayna müharibəsi Sanksiyalar
Avropa Birliyi  Rusiyanı qara siyahıya saldı: Bank əməliyyatları çətinləşəcək

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

6 bank və 6 tankerə yeni sanksiyalar

Aynur Camal

Rusiyada benzin qıtlığı və qiymət artımı davam edir

Aynur Camal

ABŞ, Pentaqon Rusiya və Çinə nüvə planı hazırladığı üçün İrana zərbələri dayandırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu