Bugun.tv xəbər verir ki, Avropanın bir sıra ölkələrində güclü tufanlar və rekord istilər müşahidə olunur. Məlumata görə, Balkan yarımadasında Adriatik dənizi üzərində formalaşan soyuq cəbhənin isti hava kütlələri ilə toqquşması nəticəsində dağıdıcı qasırğalar baş verib.
Sloveniyada küləyin sürəti saatda 105 kilometrə çatıb, Xorvatiyanın Komenda bölgəsində isə yüzdən çox bina zərər görüb. Bosniya və Herseqovina ilə Yunanıstanda da güclü yağış və dolu qeydə alınıb.
Eyni zamanda Fransada ilin ən güclü istilik dalğalarından biri yaşanır. Bəzi ərazilərdə havanın temperaturu 41 dərəcəyə yüksəlib. Mütəxəssislər bildirirlər ki, qeyri-adi hal ondan ibarətdir ki, bu dəfə ən yüksək temperatur adətən sərin olan şimal və qərb bölgələrində müşahidə edilir.
Mənbə: The Guardian
