7 C
Baku
30 Yanvar 2023, 0:44
Baş xəbər

Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Bundan yetərincə yararlanaraq, qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edir, beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini daha da möhkəmləndirir.
Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı daim artır. Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edir və buna görə də ölkəmizə böyük hörmət və rəğbətlə yanaşırlar.
Bildiyimiz kimi yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünyada əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu keçirilib. Bu il təşkil olunmuş Forumunun gündəliyinə uyğun olaraq 2023-cü il üçün Qlobal Risk Hesabatı təqdim edilib. Hesabata uyğun olaraq mövcud vəziyyətdə təsiri hiss edilən qlobal risklər, 2025-ci ildə təzyiqi artacaq risklər və 2033-cü ildə qlobal səviyyədə aktuallaşacaq risklər vurğulanıb. 2023-cü ildə qlobal səviyyədə təsiri hiss ediləcək risklər bunlardır “enerji təchizatı böhranı”, “yaşayış xərcləri böhranı”, “artan inflyasiya”, “ərzaq təchizatı böhranı” və “kritik infrastruktura kiberhücumlar” kateqoriyaları üzrə qruplaşdırılıb.
Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı Şərq–Qərb nəqliyyat dəhlizinin və bu əsasda Orta Dəhlizin əhəmiyyətinin artmasında rolunu xüsusi qeyd edib. Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun qurulması və inkişaf etdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş işlər haqqında məlumat verən Ölkə başçısı ölkəmizin öz ərazisindən yüklərin daşınması üçün ötürücülük qabiliyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulayaraq bildirmişdir: “Düşünürəm ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır”.
Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlandı. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsi kimi işlər görüldü. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün…

Oxşar xəbərlər

DTX-dən Beyləqanda əməliyyat: Vəzifəli şəxs saxlanıldı

Nigar Məmmədova

Prezident İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib -YENİLƏNƏCƏK

Nigar Məmmədova

Kostanay vilayətində üç kənd yanıb

Aynur Camal

Şərh yazın