16 C
Baku
8 Noyabr 2024, 15:17
Baş xəbərDünya

Avropa İttifaqı ABŞ şirkətlərinə qarşı sanksiyalarını davam etdirir

LinkedIn öz üzvlərinin şəxsi məlumatlarından məqsədyönlü reklam üçün düzgün istifadə etmədiyinə görə 310 milyon avro cərimələnib. İrlandiya Məlumatların Mühafizəsi Komissiyası LinkedIn-ə məlumat emal proseslərini düzəltmək üçün vaxt verib.

Əlaqədar XəbərlərAvropa Birliyi son illərdə “Apple”dan tutmuş “Google” və “Meta”ya kimi bir çox ABŞ şirkətlərini araşdırıb və ittifaqın qaydalarını pozduğu aşkar edilən şirkətlər yüz milyonlarla avro məbləğində cərimələnib. Nəhayət, sanksiyaların yeni hədəfi qlobal miqyasda məşhur məşğulluq platforması olan LinkedIn olub.

Engadget-in məlumatına görə, İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) LinkedIn-in məqsədyönlü reklam üçün üzvlərinin şəxsi məlumatlarının davranış analizini düzgün aparmadığını aşkar etdikdən sonra Avropa İttifaqı platformanı 310 milyon avro cərimələyib.

Komissiya razılıq, qanuni maraqlar və müqavilə tələbləri kimi LinkedIn-in istifadəçilərin məlumatlarını emal etmək üçün istifadə etdiyi əsasların yetərli olmadığını və məlumatların emalı proseslərinin Avropa Birliyinin Ümumi Məlumatların Qorunması Qaydasına (GDPR) zidd olduğunu müəyyən etdi. LinkedIn-ə qanuna uyğun olaraq bütün məlumatları toplamaq üçün vaxt verildi.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının baş icraçı direktoru Qrem Doyl, “Müvafiq hüquqi əsas olmadan fərdi məlumatların işlənməsi məlumat subyektlərinin məlumatların qorunmasına dair fundamental hüququnun açıq və ciddi şəkildə pozulmasıdır” deyib.

Qərar Fransanın qeyri-kommersiya təşkilatı La Quadrature Du Net tərəfindən 2018-ci ildə edilən şikayətdən və LinkedIn-in öz istifadəçilərinin şəxsi məlumatlarını qanuni, ədalətli və şəffaf şəkildə emal edib-etmədiyini araşdıran ilkin araşdırmadan irəli gəlir. LinkedIn-in Avropadakı baş ofisi İrlandiyada olduğu üçün məsələ əvvəlcə Fransa Məlumatların Mühafizəsi Təşkilatına ötürülüb, sonra isə DPC-yə ötürülüb.

DPC-nin qərarına cavab olaraq bir LinkedIn sözçüsü, Ümumi Məlumatların Qorunması Qaydasına (GDPR) uyğun olduqlarına inandıqlarını və reklam təcrübələrinin İrlandiyanın qərarına uyğun olmasını təmin etmək üçün çalışdıqlarını söyləyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Motosiklet aşıb: 1 uşaq öldü, 2 uşaq yaralandı

Teymur Əziz

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 140-a çatıb

İntizar Əmirova

Unudulmuş əfsanəvi telefonlar: Nokia 6600

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu