Bugun.tv xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Nümayəndəlik bu münasibətlə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub ki, Avropa İttifaqı nümayəndəliyi Azərbaycan xalqı ilə birlikdə Dövlət Bayrağı Gününü qeyd edir və ölkənin müstəqilliyinin, birliyinin və milli kimliyinin rəmzi olan bayrağa ehtiramını bildirir.
Bu təbrik Azərbaycanın milli dövlətçilik rəmzlərindən birinə beynəlxalq səviyyədə göstərilən diqqətin daha bir nümunəsidir.
Mənbə: Report.az
