30 C
Baku
19 İyul 2024, 13:11
Baş xəbərDünya

Avropa İttifaqı bu sosial media şəbəkələrinə sanksiya tətbiq edəcək

Bugun.tv xəbər verir ki, Avropa İttifaqının (Aİ) Daxili Bazar və Sənaye Komissiyasının üzvü Thierry Breton avqustun 25-dən etibarən itaətsizliyə və nifrətə çağıran yazıları silməyən sosial media şəbəkələrinə qarşı sanksiyaların tətbiq ediləcəyini bildirib.

Breton bunu 27 iyunda Fransada 17 yaşlı yeniyetmənin polis gülləsi ilə öldürülməsindən sonra başlayan zorakılıqlarla bağlı qonaq olduğu Fransa ictimai yayımı “Franceinfo”da açıqlayıb.

“Sosial media platformaları hadisələrlə bağlı kifayət qədər iş görməyib, daha çox iş görməlidirlər”, – o deyib.

Sosial media platformalarının avqustun 25-dən etibarən Aİ-nin Rəqəmsal Xidmətlər Aktına (DSA) tabe olacağını xatırladan Breton, bu tarixdən etibarən bu platformalardan nifrət, itaətsizlik, kimisə öldürmə və ya avtomobil yandırmağa çağıran məzmunu dərhal silmələri tələb olunacağını bildirib.

Bu məzmunu silməyən platformaların cəzalarla üzləşəcəyini vurğulayan Breton, bunun maliyyə sanksiyaları və ya AB torpaqlarında fəaliyyətlərinə son verməsi kimi addımları əhatə edəcəyini vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Sürücülərin nəzərinə

Kəmalə Sultan

Meşə yanğını baş verdi

Bugün TV

Paralimpiyaçımız gümüş medal qazanıb

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu