25 C
Baku
23 İyun 2025, 14:05
Dünya

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları rəsmən ləğv etdi

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi qərarının rəsmən qəbul edildiyini rəsmən açıqlayıb.

AB Şurasından verilən açıqlamada Suriya Mərkəzi Bankı da daxil olmaqla ümumilikdə 24 qurumun sanksiya siyahısından çıxarıldığı açıqlanıb. Açıqlamada qeyd olunub ki, devrilmiş Əsəd rejiminə bağlı şəxslər və təşkilatlara qarşı sanksiyaları ehtiva edən siyahıların müddəti “hesabatlılığı dəstəkləmək” məqsədilə 2026-cı il iyunun 1-dək uzadılıb.

Aİ Şurasından edilən yazılı açıqlamada, 20 Mayda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısında alınan siyasi qərarın rəsmi olaraq qəbul edildiyi və qısa müddət ərzində Rəsmi Qəzetdə dərc ediləcəyi bildirilib.

Açıqlamada 24 qurumun “fondların və iqtisadi qaynaqların dondurulması nəzərdə tutulanlar siyahısından” çıxarıldığı və bunların “Suriya Mərkəzi Bankı da daxil olmaqla banklar və ya Suriyanın iqtisadiyyatının dirçəlməsi üçün əhəmiyyətli sektorlarda (neft istehsalı və emalı, pambıq və telekommunikasiya) fəaliyyət göstərən şirkətlər və media qurumları” olduğu bildirilib.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, “Bu qərar AB-nin Suriyanın bərpasına və bütün suriyalıların istəklərinə cavab verən siyasi keçidə həqiqətən dəstək verməsi üçün indiki tarixi zamanda atılması lazım olan doğru addımdır. AB son 14 ildə Suriya xalqının yanında olub və bunu etməyə davam edəcək” deyib.

Aİ-nin Suriyaya qarşı sanksiyaları vətəndaş müharibəsinin başlamasından sonra 2011-ci ilin mayında başlayıb.

Rejimlə əlaqəli şəxslərə qarşı səyahət qadağaları və aktivlərin dondurulması kimi fərdi məhdudlaşdırıcı tədbirlər görülüb və insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb edilib.

Bəşər Əsəddən tutmuş nazirlərə qədər rejimin yaxın çevrəsinin kritik simaları siyahıya salınıb.

Rejimin devrilməsindən sonra AB fevralın 24-də Suriyaya qarşı bank, enerji və nəqliyyat kimi sektorları hədəf alan sanksiyaların dayandırılmasına qərar verdiyini açıqlayıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“Bu qidalar içəridəki orqanları çürüdür”

Aynur Camal

Azərbaycan Almaniyanın yeni hökumətini Xocalını “soyqırım” kimi tanımağa çağırır

Aynur Camal

Dönüş nöqtəsi: 11 sentyabr hücumları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu