Louvre Muzeyi, Laurence des Cars, Fransa mədəniyyət xəbərləri, tarixi əsərlərin oğurlanması, muzey istifası, G7 muzey əməkdaşlığı, Paris bilet dolandırıcılığı, tarixi sızmalar, su sızması problemləri.
Dünya

Avropa muzeylərində zorakı soyğunların sayı artır: Europol xəbərdarlıq edir

Bugun.tv xəbər verir ki, Avropada muzey soyğunları getdikcə daha zorakı xarakter alır. Avropa İttifaqının hüquq-mühafizə qurumu Europol yeni hesabatında cinayətkarların əvvəlki gizli və nisbətən sakit üsullardan uzaqlaşaraq balyoz, balta, partlayıcı və bəzi hallarda odlu silahlardan istifadə etdiyini bildirib.

Europolun məlumatına görə, muzeylərdə oğurluqlar ənənəvi olaraq zorakılıqsız mütəşəkkil cinayət növü hesab olunurdu. Lakin son dövrdə cinayətkarlar daha birbaşa və aqressiv üsullara üstünlük verirlər. Təşkilat həmçinin sosial şəbəkələr vasitəsilə bir-birini əvvəldən tanımayan şəxslərdən ibarət müvəqqəti qrupların yaradıldığını bildirir.

Cinayətkarların əsas hədəfləri qızıl, qiymətli daşlar, zinət əşyaları və yüksək dəyərə malik mədəni artefaktlardır. Europol qızılın asanlıqla əridilərək mənşəyinin gizlədilə bilməsini, qiymətli daşların isə zinət əşyalarından çıxarılaraq ayrıca satılmasını bu seçimə təsir edən amillərdən biri kimi göstərir. Qədim Çin çini məmulatlarına da qanunsuz bazardakı tələbat səbəbindən marağın artdığı qeyd olunur.

Hesabatda son illərin bir sıra məşhur hadisələri nümunə göstərilir. 2024-cü ildə Parisdəki Cognacq-Jay Muzeyinə baltalar və dəyənəklərlə silahlanmış şəxslər hücum edərək qızıl və almazlarla bəzədilmiş yeddi əşyanı oğurlayıblar. 2025-ci ilin yanvarında isə Niderlanddakı Drents Muzeyinə partlayıcı maddə ilə daxil olan şəxslər qədim Dakya dövrünə aid qızıl artefaktları aparıblar. Həmin ilin oktyabrında Parisdəki Luvr Muzeyində təxminən 88 milyon avro dəyərində zinət əşyaları oğurlanıb.

Europol hesab edir ki, bu sahəyə artıq yalnız peşəkar cinayətkar qruplar deyil, yüksək gəlir və nisbətən aşağı risk görən digər cinayətkarlar da cəlb olunur.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Oman sahillərində neft tankeri naməlum mərmi ilə vuruldu

Aynur Camal

Təbii parkda tunel çökdü: Mirketlər tələf oldu

Aynur Camal

Alimlər tullantı plastikdən peçenye hazırladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu