Digər

Avropa ölkələri Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirəcək

Avropa ölkələrinin liderləri Ukraynaya əsaslı hərbi və maliyyə yardımını davam etdirməyə və diplomatik dəstək verməyə hazır olduqlarını bəyan ediblər.

Bugun.tv xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, bu barədə İtaliya, Fransa, Almaniya, Polşa, Böyük Britaniya, Finlandiya liderlərinin və Avropa Komissiyasının Prezidentinin birgə bəyanatında deyilir.

Bəyanatda ABŞ Prezidenti Donald Trampın münaqişənin dayandırılması, Ukrayna üçün ədalətli, davamlı sülh və təhlükəsizliyə nail olunması istiqamətində fəaliyyəti alqışlanıb. Eyni zamanda, aktiv diplomatiyanın vacibliyi vurğulanıb, diplomatik həll sayəsində Ukraynanın və Avropanın həyati təhlükəsizlik maraqlarının qorumasının vacibliyi qeyd olunub.

Avropa liderləri Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz öhdəliklərini vurğulayıblar. Bildirilib ki, sülh üçün ABŞ, Ukrayna dövləti və xalqı ilə sıx əməkdaşlıq davam etdiriləcək.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu