Digər

İtaliyada Qərbi Nil virusuna yoluxma halları artmaqdadır

İtaliyada Qərbi Nil virusuna yoluxma halları artır.

Bugun.tv xəbər verir ki, ötən gün daha iki nəfər virusa yoluxub. Onların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.

İlin əvvəlindən ölkədə 170-dən çox insan bu virusa yoluxub, 16 nəfər ölüb. 2024-cü ildə isə bu virusa 460 yoluxma və 20 ölüm olub.

Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu